Almaniya Suriyaya hücuma he dedi
07 Sentyabr 2013 Şənbə 22:28
Berlin ABŞ-ın Suriyaya qarşı hərbi əməliyyatlarına dəstək verən sənədə imza atıb.
Almaniya Suriyanın kimyəvi silah işlətməsinə qarşı sərt reaksiya tələb edən bəyanata imza atmış on ikinci ölkə olub. ANS PRESS "Frans Press" agentliyinə istinadən bildirir ki, bu barədə bu gün Almaniya xarici işlər naziri Qido Vestervelle bildirib.
Daha öncə Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ tərəfindən imzalanmış bəyanatın mətnini dünən Ağ ev yayıb. Beləliklə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan ABŞ-ın Suriyaya qarşı hərbi əməliyyatlarına dəstək verən sənədə imza atmış beşinci Avropa Birliyi ölkəsi olub.
"Almaniya kansleri Anqela Merkel və mən birgə bəyanatı gəstəkləmək barədə qərar qəbul etdik", - deyə Vestervelle bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar