Almaniya prezidentinin xanımı "eskort" imiş?
14 Yanvar 2012 Şənbə 12:35
Alman mətbuatı prezidentin həyat yoldaşı ilə bağlı çox ağır ittiham səsləndirib.
Almaniya prezidenti Kristian Vulf ilə mətbuat arasındakı müharibə ölkənin birinci xanımı Bettina Vulfla daha da qızışıb. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, alman mətbuatı prezidentin həyat yoldaşının onunla evlənməzdən öncəki həyatı ilə bağlı çox ağır ittiham səsləndirib. Vulfun bir vaxtlar "eskort" qız kimi fəaliyyət göstərməsi barədə şayiələrin sübutu olmasa da, artıq bu iddialar yüksəs səslə dilə gətirilir. Bu günlərdə televiziya proqramlarından birinə qatılan prezident Kristian Vulfa hətta bu barədə sual da verilib. Vulf isə bu şayiələrin çirkin olduğunu və onu üzdüyünü bildirib.
Bettina Vulf Almaniya prezidenti Kristian Vulfun həyat yoldaşıdır. O, gözəlliyi, gəncliyi və bədənindəki döymələri ilə qəzet səhifələrində geniş müzakirə olunub. Əri Kristian Vulf ilə mətbuat arasındakı münasibətlərin pisləşməsi ona olan heyranlığın yerini ittihamlara dəyişməsi ilə nəticələnib.
Bettina Vulf son günlərdə onsuz da paltarları ilə gündəmdə idi. Belə ki, onun lüks moda evlərindən kirayəlik çox sayda paltar götürdüyü və pul ödəmədiyi məlum olub. Birinci xanımın vəkili bu iddiaları qismən qəbul edib.
Hələlik eskortluq iddiası spekulyasiya səviyyəsindədir. Ancaq Bild qəzetində bu məsələ ilə bağlı sənədlərin olduğu və əgər Vulf istefa verməzsə, yaxın zamanlarda həmin sənədlərin ortaya çıxarılacağı deyilir.
DOSTLARINLA PAYLAŞ: