Almaniya prezidenti istefa verdi
17 Fevral 2012 Cümə 14:40
Kristian Vulf toxunulmazlığının geri götürülməsi çağırışından sonra bu addımı atıb.
Almaniya prezidenti Kristian Vulf prokurorların onun toxunulmazlığının geri götürülməsi çağırışından sonra istefasını elan edib. Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqi sayılan Kristian Vulfun adı son zamanlar Aşağı Saksoniyanın baş naziri vəzifəsində çalışarkən götürdüyü yaşayış krediti ilə bağlı qalmaqalda hallanırdı. Söhbət Eqon Qirkens adlı iş adamından güzəştli şərtlərlə kreditin götürülməsindən gedir. Prokurorlar qalmaqalın araşdırılması üçün Almaniya parlamentinə rəsmi müraciət göndəriblər. Angela Merkel məsələ ilə əlaqədar İtaliyaya bu günə planlaşdırılan səfərini təxirə salıb.
DOSTLARINLA PAYLAŞ: