Almaniya öz vetendaşını Amerika keşfiyyatına nece satdı?
12 Avqust 2013 Bazar Ertəsi 08:54
Berlinin Amerikaya verdiyi terrorçular siyahısında türk menşeli Almaniya vetendaşı da olub.
2010-cu ildə Pakistan-Əfqanıstan sərhədində Amerika təyyarəsinin hücumu nəticəsində öldürülən türk mənşəli Almaniya vətəndaşı Bünyamin E. ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirilib.

ANS PRESS-in Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxs Berlinin ABŞ kəşfiyyatına telefon nömrələrini verdiyi cinayətkarların siyahısında olub. Ondan başqa bir nəfər də Türkiyə vətəndaşının da bu siyahıya salındığı bildirilir.

“Bild am Sontag” qəzetinin iddiasına görə, Amerika kəşfiyyatı bu məlumatlardan şübhəli şəxslərin yerini müəyyən etmək, sonra da onları öldürmək məqsədi ilə istifadə edib.

Ötən ay isə Almaniya Baş Prokurorluğu qəfildən Bünyamin E.-nin öldürülməsi bağlı aparılan istintaqını dayandırıldığını elan etdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar