Almaniya kanslerinə bomba göndərildi
02 Noyabr 2010 Çərşənbə Axşamı 23:55
Poçtu qəbul edən şəxs dərhal polisə məlumat verib.
Yunanıstandakı xarici ölkə səfirliklərinə göndərilən “bağlama”lardan biri də bu gün Almaniya kansleri Angel Merkelə gəlib. Almania polisinin yaydığı məlumata görə, Almaniya kanslerinə içində bomba olan bağlama göndərilib. Lakin poçtu qəbul edən şəxs vaxtında həyəcan siqnalı verib və bomba zərərsizləşdirilib.
Məlumata görə, heç kim xəsarət almayıb. Həmin vaxt Merkel Belçikada səfərdə olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: