Almaniya kansleri öz maaşını 334 avro artırıb
07 May 2010 Cümə 16:25
Almaniya hökuməti 2010-2011-ci illərdə kanslerin, nazirlərin və dövlət katiblərinin maaşlarının artırılması haqda qanun layihəsini qəbul edib.
“APA-ECONOMICS”in məlumatına görə, Almaniya kansleri Angela Merkelin aylıq məvacibi Bundestaq deputatı kimi aldığı maaş nəzərə alınmazsa, 15 832,79 avro təşkil edir. 2011-ci ilin avqust ayından Merkelin aylıq əmək haqqı 334,49 avro yüksələcək.

Hazırda 12 860,29 avro maaş alan nazirlərin aylıq məvacibi 13 131,98 avroya çatdırılacaq. Bu dəyişikliklər geriyə tarixlə 2010-cu ilin yanvarından qüvvəyə minəcək. ümumilikdə isə nazirlərin maaşı 2,3% artaraq 2011-ci ilin sonunda 13 156 avro təşkil edəcək.

Qeyd edək ki, Almaniya Vergi Ödəyiciləri İttifaqı bəyanatla çıxış edərək, hökumətin bu qərarını sərt şəkildə tənqid edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar