Almaniya kansleri Anqela Merkel Rusiyaya xəbərdarlıq etdi
20 Mart 2014 Cümə Axşamı 16:43
Almaniya kansleri Anqela Merkel rusların Avropadakı bank hesablarını donduracağını deyir.
İndiki vəziyyətdə "Böyük Səkkizlik" artıq mövcud deyil. ANS PRESS-in məlumatına görə, bunu Almaniya kansleri Anqela Merkel Bundestaqda Krımın birləşdirilməsi ilə bağlı Rusiya ilə Qərb dövlətlərinin münasibətlərindəki dəyişiklikdən danışarkən deyib. Merkelin sözlərinə görə, yaxın günlərdə Avropa Birliyi və "Böyük Səkkizlik" konkret dəyişiklikləri elan edəcək.
"Bu aydındır: hazırda olduğu kimi, nə qədər ki siyasi şərtlər yoxdur, "Böyük Səkkizlik" kimi bir format və "Böyük Səkkizliyin" özü mövcud deyil. Nə sammit, nə də belə bir format mövcud deyil", - deyə - Anqela Merkel bildirib.
Almaniya kansleri həmçinin bildirib ki, Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Daha dəqiq desək, Krımdakı böhranla əlaqəli olan şəxslərin Avropa Birliyi ölkələrinə girişi qadağan ediləcək və onların Avropadakı bank hesabları dondurulacaq.
Xatırladaq ki, Almaniyadan əvvəl Böyük Britaniya da Rusiyanın Krım mövqeyinə görə "Böyük Səkkizlik"dən çıxarıla biləcəyinə dair xəbərdarlıq etmişdi.
DOSTLARINLA PAYLAŞ: