Almaniya İraqdakı kürdlərə silah-sursat yardımı edib
01 Oktyabr 2014 Çərşənbə 11:12
Almaniyadan kürdlərə silah-sursat yardımı edildi. Yardımın ilk partiyası İraqın Ərbil şəhərinə çatdırılıb.
Almaniyadan kürdlərə silah-sursat yardımı edildi. ANS PRESS-in verdiyi məlumata görə, peşmərgə qüvvələrinə dəstək məqsədilə göndərilən silah-sursatın birinci partiyası İraqın Ərbil şəhərinə çatıb. Almaniyanın "Der Spiegel' qəzetinin yazdığına görə, Şimali İraqdakı kürdlərə ilk mərhələdə 70 milyon avro dəyərində silah-sursat təchizatı göndərilib. Bu təchizatın 4000 ədəd G3 avtomatından, 4000 ədəd P1 tapançasından, 20 ədəd "Milan" tank-əleyhinə raket kompleksindən, 120 ədəd tank-əleyhinə qumbaraatandan, 50 siqnal tapançasından və 20 ədəd MG3 pulemyotundan ibarət olduğu bildirilir.
Ərbilə çatdırılan silah-sursat 10 minə yaxın kürdün silahlandırılmasına imkan verəcək.
Daha əvvəl Almaniyanın İraqa 40 hərbi paraşütçü göndərəcəyi açıqlanmışdı. Alman hərbçilər kürd həmkarlarını işid döyüşçülərinə qarşı mübarizədə alman silahlarından istifadə qaydalarını öyrədəcək.
DOSTLARINLA PAYLAŞ: