Almaniya hökuməti yeddi AES-i bağlayır
28 May 2011 Şənbə 03:29
Nüvə energetikasından imtinanın müddəti ilə bağlı razılıq isə hələ yoxdur.
Almaniya hökuməti daha köhnə yeddi atom elektrik stansiyasının (AES) birdəfəlik bağlanması bərədə qərar qəbul edib. Həmin AES-lərin fəaliyyəti elan edilmiş moratorium çərçivəsində müvəqqəti dayandırılmışdı.

BBC-nin dpa agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar torpaq nazirlərinin ekologiya məsələlərinə həsr edilmiş görüşündə qəbul edilib. Eyni zamanda, ətraf mühit, təbiətin mühafizəsi və nüvə reaktorlarının təhlükəsizliyi üzrə federal nazir Norbert Rettgen bildirib ki, görüş iştirakçıları nüvə energetikasından imtinanın müddəti ilə bağlı razılıq əldə edə biləyiblər. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar