Almaniya hökuməti Avropa və ABŞ-da ciddi terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
07 Noyabr 2010 Bazar 01:50
İnterpol müxtəlif ölkələrin xüsusi xidmət orqanlarına yardım üxüy yüksək döyüş hazırlığına keçib.
Almaniyanın daxili işlər naziri Tomaz de Mazyer “Bild am Sonntag” jurnalına müsahibəsində Avropa və ABŞ-da ciddi terror təhlükəsinin mövcudluğu ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, bu günlərdə təyyarə ilə göndərilən partlayıcı qurğu yerləşdirilmiş bağlamaların üzə çıxması terror aktlarının törədilməsinə ciddi cəhddir. Nazir terror təhlükəsi ilə bağlı əldə edilən digər məlumatları açıqlamayıb.
Ötən gün İnterpol müxtəlif ölkələrin xüsusi xidmət orqanlarına partlayıcı qurğuların aşkar edilməsinə yardım göstərmək məqsədilə yüksək döyüş hazırlığı elan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: