Almaniayada Məhəmməd peyğəmbərin karikatura müsabiqəsi keçiriləcək
01 May 2012 Çərşənbə Axşamı 12:17
İnsan hüquqların müdafiəsində duran bir ölkə müsəlmanların hüquqlarını pozmaqla məşğuldur.
Ukraynada insan haqlarının pozulmasını əsas gətirərək bu ölkədə 2012-ci il Avropa Futbol Çempionatını boykot edən Almaniya özü müsəlmanların haqlarını pozur. Belə ki, Almaniyada milliətçilər Məhəmməd peyğəmbər (s.ə.s) karikaturası müsabiqəsi keçiriləcək. Müsabiqəni o qədər də böyük olmayan "Şimali Reyn - Vestfaliya vətəndaşlarının hüquqularının müdafiəsi hərəkatı" (Pro NRW) keçirməyi planlaşdırır. "Die Welt"in məlumatına görə, müsabiqə may ayının 13-də Şimali Reyn-Vestfaliyada keçiriləcək landtaq (ərazi parlamenti-red.) seçkisi münasibətilə olacaq. Kampaniyanın məqsədi Almaniyada İslamlaşma ilə mübarizədir. Avro-2012 Ukraynada insan haqlarının pozulması səbəbindən baykot etməyə hazırlaşan Almaniya hökuməti bu ölkədə müsəlmanlarının hüquqların pozulmasına göz yumur. Almaniya müsəlmanlara qarşı münasibətdə ikili standartlara yol verməkdədir.

Müsabiqənin məsciddə aksiyalarla müşahidə ediləcəyi ehtimal edilir. Bu kampaniyanın regionun 6 şəhərindəki 25 məscidinin yanında keçirilməsi planlaşdırılır. Ümumiyyətlə müsəlmanların ibadət mərkəzləri yanında 100-ə yaxın şəklin yerləşdiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, "Pro NRW"in ilk aksiyası ötən şənbə günü keçirilib. Bu aksiyalar zamanı polis karikaturaların birbaşa məscidlərə gətirilməsinin qarşısını almışdı. Partiyanın planları böyük narahatlığa səbəb olub. Adıçəkilən regionun rəsmiləri fəalların müsəlmanlarla bir başa açıq təxribata getmək məqsədindən narahatlıqlarını ifadə ediblər.

Xatırladaq ki, Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturası Danimarkada çəkiləndən sorna bu müsəlman aləmində böyük narahatlıqlara səbəb olmuşdu. 2006-cı ildə bir çox müsəlman ölkələrində bu hadisə ilə bağlı böyük aksiyalar oldu.

Müsəlmanlarla bağlı daha bir narahatlıq doğurucu fakt ABŞ-da yaşanıb. Florida şatatından olan və antiislam fikirləri ilə tanınan rahib Terri Cons müqəddəs müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimin bir neçə nüsxəsinə od vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar