Alman hərbi kontnigenti daha bir il Əfqanıstanda qalacaq
29 Yanvar 2011 Şənbə 06:35
Bundestaq 420 lehinə,116 əleyhinə olmaqla Əfqanıstandakı Alman əsgərlərlərinin mandatını uzadıb.
Almaniya parlamenti ölkə əsgərlərinin Əfqanıstanda daha bir il saxlanması üçün qərara səs verib. Qanunvericilər 420 lehinə,116 əleyhinə olmaqla Əfqanıstandakı Alman əsgərlərlərinin mandatını uzadıb. Qeyd edək ki, Almaniyanın Əfqanıstanda 4860 nəfərlik hərbi heyyəti var. Onlar dah çox Əfqanıstanın şimalında xidmət edirlər. Almaniya Xarici İşlər Naziri Qido Vestervelle 2011-ci ili münaqişədə dönüş nöqtəsi adlandırıb.
Qido Vestervelle istənilən halda qoşunların çıxarılmsının NATO tərəfdaşları ilə razılaşdırılacağını deyib. ”İndi bizim Əfqanıstandan geri çəkilmək ümidimiz var. Bu bizim istədiyimiz şeydir və biz bunun üçün ötən ildən çalışırıq. Bu təkcə Alman parlamentinin deyil, bizim ittifaqda olduğumuz tərəfdaşlarımızın qərarıdır. Bu qərarı Əfqan hökuməti də dəstəkləyir”.
Qeyd edək ki,Amerika Birləşmiş Ştatları bu ilin iyul ayından etibarən mərhələli şəkildə öz qoşularını Əfqanıstandan çıxarmağı nəzərdə tutur. NATO isə bölgədə öz fəaliyyətinə 2014-cü ildən etibarən son qoymağı nəzərdə tutur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: