Alman gəmisi azad edildi
01 May 2010 Şənbə 20:20
Dəniz quldurlarına qarşı keçirilən hərbi əməliyyat uğurla başa çatıb.
Somali sahillərində elə bu ölkənin dəniz quldurları tərəfindən bir müddət bundan əvvəl ələ keçirilən Almaniyaya məxsus yük gəmisi bu gün azad edilib. Keçirilən xüsusi əməliyyat nəticəsində 10 dəniz quldurunun da həbs edildiyi bildirilir.

Almaniyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, yük gəmisinin azad edilməsi üçün aparılan əməliyyatlara havadan hərbi helikopterlər vasitəsi ilə də dəstək verilib. Verilən xəbərlərə əsasən, dəniz quldurları gəmidəki yükə heç bir ziyan vurmayıblar. Almanlardan ibarət gəmi heyətinin də vəziyyətinin normal olduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar