Alman cinsli it sahibini xilas etdi
24 Aprel 2010 Şənbə 20:10
Ərazidə azmış polisin diqqətini cəlb edən it onlara evin yolunu göstərib.
Amerikanın Alyaska ştatında yaşayan 23 yaşlı Ben Heinriçsin alman cinsli iti Baddi biranda bütün dünyada məhşurlaşıb. Evində yanğın baş verən Ben Heinriçsin itinə “Baddi, get yardım gətir” deməsi onun evini və özünü xilas edib. Naviqasiya sisteminin sıradan çıxması səbəbindən hadisə yerinə gələ bilməyən polisin diqqətini cəlb edən it, onları öz arxasınca apararaq evin yolunu göstərib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanan evi tez bir zamanda söndürmək mümkün olub. Yüngül xəsarətlərlə canını qurtaran ev sahibi və əyalət polisi isə əvvəllər heç bir təlim görməyən itin verilən əmri dəqiqliklə yerinə yetirməsindən təəccüblənib.

İtin qəhrəmanlığı şərəfinə təşkil olunan mərasimdə əyalət polisi ona gümüş yemək qabı hədiyyə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar