Allahşükür Paşazadə Səmərqənd vilayətinin hakimi ilə görüşüb
19 May 2011 Cümə Axşamı 00:33
“Özbəkistanda təhsil almağımdan qürur duyuram və burada çoxlu dostlarım var”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasıın (QXADŞ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılığı llə nümayəndə heyəti ötən gün qədim Səmərqənd şəhərinə olub. Səmərqənd vilayətinin hakimi Zair Mirzoyevlə görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub.

Zair Mirzoyev Özbəkistan Prezidenti İslam Kərimovun rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlardan söhbət açmış, dövlətlərimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirmiş, Özbəkistanın tolerant ölkə olduğunu diqqətə çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə göstərilən qonaqpərvərliyə görə vilayət hakiminə ninnətdarlıq edib, səfərin məqsədi haqqında danışıb. O, deyib ki, nümayəndə heyətinə daxil olan din xadimlərinin əksəriyyəti vaxtilə bu ölkədə təhsil alıblar.

Şeyxulislam Azərbaycanda dindarlara yaradılan şərait haqqında məlumat verib, onların diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.

Sonra nümayəndə heyətinin üzvləri “İmam Buxari” Beynəlxalq Mədəniyyət Mərkəzində olmuşlar. Burada keçirilən görüşdə mərkəzin direktoru Ubaydulla Uvatov din xadimlərini salamlayıb, bu qədim şəhərin tarixi, mədəniyyəti haqqında söhbət açıb.

Allahşükür Paşazadə Özbəkistanda təhsil aldığından qürur duyduğunu bildirib, burada çoxlu dostlarının olduğunu söyləmişdir. O, qeyd edib ki, qədim Səmərqənd və Buxarada dünya şöhrətli alim və filosoflar yetişib. O, İmam Buxarinin adını xüsusi vurğulayıb.

Nümayəndə heyətinin üzvləri İmam Buxarinin qəbrini ziyarət etmiş, Qur Əmir, Şahi Zinda Bibixanım məsçidi, Tilla Kori mədrəsəsi və digər dini abidələrə baxıblar.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Akif Əliyev görüşlərdə iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar