Alkoqolu yasaqlayanları Allaha tapşırıram
26 May 2013 Bazar 21:57
Anamüxalifət partiyasındanb olan millət vəkili alkoqolun satışına qoyulan yasağa etiraz edib.
Türkiyədə alkoqolun satışına qoyulun məhdudiyyətə anamüxalifət partiyasının millət vəkili qeyri-adi reaksiya verib. Yerli mətbuatın xəbərinə görə, CHP (Cümhuriyyət Xalq Partiyası) millət vəkili Vəli Ağbaba parlamentdəki çıxışında bəzi müqayisələr etdikdən sonra bu yasağı qoyanları Allaha tapşırıb.
“Mənə çox maraqlıdır. Uludərədə qətliam əmrini verən baş nazir alkoqollumu idi, Madımakı yandıranlar alkoqollumu idi, Reyhanlıda hücum əmrini verənlər alkoqollumu idi, Hrant Dinki öldürənlər alkoqollumu idi? Bu yasağı qoyanları Allaha tapşırıram” – deyə CHP millət vəkili öz etirazını bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl parlamentdə qəbul edilən qərarla Türkiyədə alkoqollu içkilərin satışına bəzi məhdudiyyətlər qoyulub.
DOSTLARINLA PAYLAŞ: