Alimlər ağcaqanadı məhv etmək üçün lazer hazırlayıb
22 Fevral 2010 Bazar Ertəsi 05:50
Tropik bölgələrdə ağcaqanadların dişləməsi nəticəsində yayılan xəstəliklərə görə hər il təxminən 1 milyon insan ölür
Amerikalı alimlər ağcaqanadla mübarizədə yeni yol tapıblar. Alimlər başqa həşəratlara ziyan vermədən sadəcə ağcaqanadları məhv edən lazer sistemi hazırlayıb. “National Geographic” jurnalının xəbərinə görə, ən təhlükəli epidemiyaların yoluxucusu olan ağcaqandlarla mübarizə üçün nəzərdə tutulan cihaz “Intellectual Ventures” tərəfindən “Bil və Melinda Qeyts” cəmiyyətinin maddi dəstəyi ilə hazırlanıb. Kəpənək, bal arısı kimi həşaratlara ziyan verməyən cihaz qanad çırpmasına görə dişi və erkək ağcaqanadları da ayıra bilir. Qeyd edək ki, insanları sadəcə dişi ağcaqanadlar dişləyir.

Xatırladaq ki, tropik bölgələrdə ağcaqanadların dişləməsi nəticəsində yayılan xəstəliklərə görə hər il təxminən 1 milyon insan ölür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar