Ali Rada Milli qvardiya haqqında qanunu müzakirə edəcək
11 Mart 2014 Çərşənbə Axşamı 07:12
Bu gün Ukrayna parlamenti Ali Radada Milli Qvardiya haqqında qanun layihəsi müzakirə olunacaq.
ANS PRESS-in xəbərinə görə, bu barədə Ukraynada daxili işlər nazirinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Arsen Avakov məlumat verib.

“Sabah parlamentdə Milli qvardiya haqqında qanun müzakirə olunacaq”,-deyə Avakov ötən gün “Facebook” mikrobloqunda yazıb.

Onun sözlərinə görə, 20 min nəfərin daxil olduğu bu struktura sərhədlərin qorunması və ölkədə asayişin bərqərar olunması daxildir.

Qeyd edək ki, fevralın 22-də ölkədə dövlət çevrilişi ilə Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırılıb. Yanukoviçi vəzifəsindən uzaqıaşdıran Rada onun vəzifələrini müvəqqəti olaraq parlamentin spikeri Aleksandr Turçinova tapşırıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar