Ali Rada Krım parlamentini buraxdı
15 Mart 2014 Şənbə 16:26
Ukrayna Ali Radası Krım Muxtar Respublikasının Ali Sovetinin səlahiyyətlərinin təcili dayandırılması barədə qərar qəbul edib.
ANS PRESS-in məlumatına görə, sessiya zalında qeydiyyatdan keçmiş 296 deputatdan 278-i qərarın lehinə səs verib. Onlaran 19-u Regionlar Partiyasını, 83-ü “Batkivşina”nı, 30-u “Suveren Ukrayna”nı , 30-u “İqtisadi İnkişafı”, 35-i “Azadlığ”ı təmsil edib, 4 nəfər fraksiyadan kənar olub. Kommunistlərdən bu qərara səs verən olmayıb.

Qərar qəbul edildiyi andan qüvvəyə minib. Deputlar həmçinin Ali Radanın profil komitəsinə Krımda yeni parlament seçkilərinin təyin edilməsinə tapşırıq verilməsi barədə təklifi dəstəkləyiblər.

Krım Ali Soveti martın 6-da Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı martın 16-a referendum təyin edilməsi ilə bağlı qərar qəbul edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar