Ali məhkəmədə rüşvət iddiası: 40 nəfər saxlanılıb
23 Oktyabr 2010 Şənbə 06:40
Rüşvət iddiası ilə Türkiyənin İstanbul, Ankara və daha 3 şəhərində əməliyyatlat keçirilib.
Türkiyə Ali məhkəmədə rüşvət iddiası ilə keçirilən əməliyyat çərçivəsində İstanbul, Ankara və daha 3 şəhərdə 40 nəfər saxlanılıb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, saxlanılanlar arasında hakimlər, vəkillər, mübaşir və məhkəmə işçiləri var. Məlumata görə, bu proses, pensiyada olan iki yüksək hakimin rüşvət alması və məhkəmə prosesinə müdaxiləsi səbəbilə saxlanılmasına görə başlayıb. Polis əməliyyatlar çərçivəsində bəzi işadamlarının da ifadəsini almaq üçün onları polis idarəsinə çağırıb. Bu çərçivədə İstanbul Ticarət Palatasının sədri Murad Yalçıntaşın da ifadəsi alınacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar