Ali mehkeme homoseksualların nikahını qadağan etdi
06 Yanvar 2014 Bazar Ertəsi 22:17
İki hefte erzinde Yuta ştatında 900-dan artıq homoseksual cütlük nikahını qeydiyyatdan keçirib.
ABŞ Ali Mehkemesi bu gün çıxardığı qerarla Yuta ştatında eyni cinsli nikahları qadağan edib. ANS PRESS Amerika KİV-lerine istinaden bildirir ki, belelikle, mehkeme 20 dekabr 2013-cü il tarixde aşağı instansiya mehkemenin verdiyi icaze qerarını leğv edib.
Ali Mehkeme ştat hakimiyyetinin telebini yerine yetirib. İki hefte erzinde ştatda 900-dan artıq homoseksual cütlük nikahını qeydiyyatdan keçirib. Yuta ştatının ehalisinin böyük hissesi mormonlardır. XIX esrde ABŞ-da yaranmış bu dini cereyanın terefdarları mühafizekardırlar ve homoseksual nikahların eleyhine çıxırlar.
DOSTLARINLA PAYLAŞ: