Aleksandr Lukaşenko: Putin diktatoluqda məni qabaqlayıb
29 Mart 2014 Şənbə 09:31
Belarus prezidenti Aleksandr Lukaşenko özünü Avropada KİV-in yaydığı kimi sonuncu diktator hesab etmir.
ANS PRESS-in məlumatına görə, bu barədə o, “Şuster Live” verilişində Savik Şusterə müsahibəsi zamanı bildirib. O hesab edir ki, bu məsələdə Rusiya prezidenti Putin onu xeyli arxada qoyub.

“Mən ona deyirəm: “İndi sən məni qabaqlamısan və şükr Allaha ki, məndən əl çəkəcəklər və hərşeyi sənin boynuna qoyacaqlar”. O gülür və mən gülürəm”-, deyə Belarus prezidenti söyləyib.

O həm də özünü diktator hesab etmədiyini bildirib. “Bəlkə də mən diktator olardım, əgər mənim bunun üçün mənbələrim olsaydı. Stalin olmaq üçün Sovet İttifaqına malik olmaq lazımdır, üstəlik nüvə silahı ilə birlikdə.

O zaman diktə etmək olar. Amma, biz belaruslar günəş altında öz yerimizi yaxşı tanıyırıq. Biz kiməsə diktə etmək yerinə bizim olanı qoruyaq və heç kimə verməyək”-,deyə Lukaşenko bildirib. Onun sözlərinə görə, özünü Belarusda diktor hesab etmək üçün gərək beyinsiz olasan.


DOSTLARINLA PAYLAŞ:

oyunlar