Aleksandr Lukaşenko ölkəsinə qayıtdı
05 İyun 2010 Şənbə 00:20
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbacana rəsmi səfəri başa çatdı.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb. Belarus dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, Aleksandr Lukaşenko Bakıya iyunun 2-də gəlmişdi. Onun səfəri çərçivəsində Azərbaycanla Belarus arasında 8 dövlətlərarası sənəd imzalanıb, Bakıda Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: