Aleksadr Lukaşenko: Rusiyaya borclu deyilik
18 İyun 2010 Cümə 18:40
Aleksadr Lukaşenko: "Bu barədə razılığa gələ biləcəyik"
Belarus “Qazprom”a borclu deyil. Belə bir bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib.
“Biz danışıqlar aparırıq, Rusiya nöqteyi-nəzərindən bu bizim qaza olan borcumuzdur. Hesab edirəm ki, bizim borcumuz yoxdur, bu barədə biz razılığa gələ biləcəyik”,- deyə Belarus dövlət başçısı bildirib.
Lukaşenkonun sözlərinə görə, zərurət yaranacağı təqdirdə, Belarus tərəfi borcunu ödəmək üçün vəsait tapacaq: "Biz Rusiya tərəfi ilə borcumuzun olduğu qənaətinə gəlsək və Rusiya qazın ötənilki qiymətini saxlamasa, biz ödəniş etməli olacağıq”.
Qeyd edək ki, “Qazprom” Belarus tərəfinin 190 milyon dollar həcmində qaz borcunun olduğunu iddia edir, rəsmi Minsk isə borcunun 133 milyon dollar olduğu deyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: