Albaniyada fövqəladə vəziyyət elan olunub
05 Dekabr 2010 Bazar 19:35
Bu ölkədə çayların daşması nəticəsində 3000-ə yaxın ev su altında qalıb
Avropanın qərbində qar yağdığı bir vaxtda, şərqində leysan yağışlar daşqınla nəticələnib. Bosniya və Herseqovinada bir neçə qəsəbə su altında qalıb. Sakinlər hökuməti heç bir iş görməməkdə günahlandırır. Burada leysan yağışlarla yanaşı, yağmış qarın əriməsi də daşqınların baş verməsinə səbəb olub.
Albaniyanın bir neçə rayonunda daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib. Aramsız yağışlar göl və çayların daşmasına səbəb olub, 3000-ə yaxın ev su altında qalıb. Nəqliyyatın işi iflic vəziyyətinə düşüb, elektrik enerjisi naqillərinə ziyan dəyib. Fəlakət zonasından 11mindən çox insan evakuasiya edilib.
Təbii fəlakətdən ən çox Şkoder şəhəri zərər çəkib. Şəhərin demək olar ki, böyük hissəsində həyat dayanıb, minlərlə insan hündürmərtəbəli binaların yuxarı mərtəbələrində təcrid olmuş vəziyyətdə, elektrik enerjisiz qalıb. Paytaxt Tiranaya aparan bütün yolları su basıb.
DOSTLARINLA PAYLAŞ: