Albaniyada fövqəladə vəziyyət elan edilə bilər
09 Yanvar 2010 Şənbə 02:45
Albaniyada fövqəladə vəziyyət elan edilə bilər. Ölkədə 10 min hektardan artıq ərazi və 2000-dən çox ev su altında qalıb.
Albaniya hökuməti baş vermiş daşqınlarla əlaqədar ölkədə fövqəladə vəziyyətin elan edilməsi məsələsini müzakirə edir. Ölkənin şimal hissəsində, Skadar gölü yaxınlığındakı yaşayış məntəqələrindən 3750 nəfər evakuasiya edilib.
Albaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 10 min hektardan artıq ərazi və 2000-dən çox ev su altında qalıb. Elektrik təchizatı sistemlərinə ziyan dəyib, əhalinin qida məhsulları və içməli su ilə təminatında problemlər yaranıb.
Qeyd edək ki, Albaniyanın baş naziri Sali Berişa daşqına məruz qalmır ərazilərə baş çəkib. O, yerli əhalini evlərini tərk etməyə və təhlükəsiz ərazilərə daşınmağa çağırıb. Baş nazir söz verib ki, sakinlər təhlükəsiz ərazilərdə müvəqqəti yaşayış yeri ilə təmin olunacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: