Akula çimən şəxslərə hücum etdi
06 İyul 2014 Bazar 22:14
Yırtıcı balığın sahilə bu qədər yaxınlaşmasının səbəbi məlum deyil.
ABŞ-ın Kaliforniya ştatında çimərliklərin birində bədbəxt hadisə baş verib.

ANS TV-nin məlumata görə, iri ağ akula dənizdə çimən şəxslərə hücum edib. Hadisə sahildən 20 metr məsafdə baş verib.

Akula hücumu zamanı bir nəfər xəsarət alıb. Şahidlərin dediyinə görə, akulanın uzunluğu 3 metrdən çox olub. Yırtıcı balığın sahilə bu qədər yaxınlaşmasının səbəbi məlum deyil.

Kaliforniya sahillərində akula hücumu nadir hallarda qeydə alınır.

Son bir neçə on ildə 47 hücum qeydə alınıb. Bunlardan 2-si insan ölümü ilə nəticələnib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar