Akula 4 rus turisti ölümcül yaralayıb
02 Dekabr 2010 Cümə Axşamı 07:24
Bədbəxt hadisədən sonra Şarm Əl-Şeyx çimərliyi müvəqqəti olaraq bağlanıb.
Misirin Qırmızı dəniz sahilində 4 rus turist okean köpək balıqlarının hücumuna məruz qalıb. Hadisə Misirin turistik bölgəsi olan Şarm Əl-Şeyxdə baş verib. Məlumata görə dənizdə üzən 2 turistə hücum edən köpək balığı onların əlini və ayağını dişləyərək onlara xəsarət yetirib. Eyni köpək balığı sahilə yaxın ərazidə 2 rus qadına hücum edib. Köpək balığı orta yağı qadını qolundan və belindən, digər 70 yaşlı qadının isə sağ qolunu və sol ayağını dişləyərək yaralayıb. Qahirədəki xəstəxanalara çatdırılan turistlərin vəziyyəti ağırdır.

Yerli dalğıclardan olan Həsən Salem “Assoşieytid Press”-ə verdiyi məlumatda özünün də köpək balıqlarının hücumuna məruz qaldığını, bölgədə turistlərin çoxalması ilə köpək balığı hücumlarının da intensivləşdiyini bildirib.

Qeyd edək ki, bədbəxt hadisədən sonra Şarm Əl-Şeyx çimərliyi müvəqqəti olaraq bağlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar