TRT-nin "Yeddi ölkə, yeddi baş rol" şüarı ilə həyata keçirdiyi, rus və türk iş adamlarının həyatından bəhs edən "Ayrılıq" serialının Ermənistanda çəkilişləri başlayıb. Teleserialın əvvəlki seriyaları Türkiyə, Azərbaycan, Çeçenistan, Gürcüstan, İran və Özbəkistanda çəkilmişdi. Serialda baş rol ifaçılarından biri olan Əzra Akınla birlikdə türkiyəli aktyor heyəti erməni balaban ifaçısı Civan Kasparyanın evində olublar. Kasparyan evində qarşıladığı türkiyəli serial heyətini öz adına hazırlanmış xüsusi konyaka qonaq edib. Türkiyəli aktyorlar isə erməni xalqının şərəfinə qədəh qaldırıb. Əzra Akın Kasparyana "Ağrı dağı" ilə əlaqəli müştərək layihə təklif edib. Kasparyan isə, "Ararat layihəsinə "hə" deyirəm. Amma bir şərtim var, sərhədlər açılsın" – deyib. Kasparyan daha sonra qonaqlar üçün balabanda Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i ifa edib. /ANSPRESS/