Aktyor dəri xərçəngindən dünyasını dəyişdi
24 Mart 2014 Bazar Ertəsi 08:18
Ceyms Rebhorn Nyu-Cersi ştatının Saut-Oranc ştatında yerləşən evndə dünyasını dəyişib.
ABŞ-da “Özünkilər arasında yad” teleserialının aktyoru Ceyms Rebhorn Nyu-Cersi ştatının Saut-Oranc ştatında yerləşən evndə dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, aktyor 65 yaşında dəri xərçəngindən dünyasını dəyişdi.

Hadisə martın 21-də baş versə də, məlumat dünən yayılıb. Öz karyerası dövründə aktyor 100-dən çox filmlərdə rol alıb.Onların arasında “Qadın ətri”, Xalamoğlu Vinni”, “Müstəqillik günü”, “Oyun”, “Valideynlərlə tanışlıq” filmləri də var. Aktyor dəfələrlə brodvey teatrlarında da iştirak edib.

Qeyd edəki ki, aktyor 1948-ci ilin sentyabrın 1də Filadelfiyada dünyaya göz açmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar