Aksiyaçılar bələdiyyə binasına hücum etdilər
06 Avqust 2013 Çərşənbə Axşamı 03:29
Tunis polisi bir neçə ay ərzində ilk dəfə aksiyaçılara qarşı silahdan istifadə etdi.
Tunisin Sidi Bouzid şəhərində polis hakim liberal yönümlü İslamçı Ennahda Partiyasına etiraz edən aksiyaçıları dağıtmaq üçün havaya atəş açmalı olub.
ANS PRESS-in Reuters-ə istinadla yaydığı məlumata görə, hadisə aksiyaçıların bələdiyyə binasına zorla girmə cəhd etdiyi zaman baş verib. Əvvəlcə gözyaşardıcı bibər qazlarından istifadə etməklə, aksiyanı dağıtmaq istəyən polis, ilk dəfə sonda silahdan atəş açmağa məcbur olub.
Qeyd edək ki, bir ay əvvəl İslamçı Ennahda Partiyasının istefasını tələb edən müxalifət, əhalini ictimai itaətsizliyə və dövlət dairələrini zəbt etməyə çağırışı edib.
DOSTLARINLA PAYLAŞ: