Aksiya iştirakşılarına olu silahdan atəş aşılıb
10 İyun 2013 Bazar Ertəsi 10:35
Səfirliyin qarşısında keçirilən aksiyada bir nəfər ölüb, bir neşə nəfər yaralanıb.
Beyrutda İran səfirliyi qarşısında bir qrup insan şiə hərəkatı və İranın Suriyadakı hadisələrə müdaxilə etməsinə etiraz olaraq aksiya keçiriblər. Xəbərlərə görə hadisə zamanı açılan atəş nəticəsində bir neçə nəfər yaralanıb. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, Livan təhlükəsizlik qüvvələri açılan atəş nəticəsində bir nəfər həlak olduğunu açıqlayıb.
Ötən ay Hizbulla döyüşçüləri Suriya hökümət qüvvələrinə Qüseyr şəhərini üsyançılardan geri almağa və nəzarəti bərpa etməyə kömək ediblər.
Cümə axşamı günü Ağ Ev İranı və Hizbulla təşkilatının Suriya hökümət qoşunlarına yardım etdiyini bildirərək, Suriyadan döyüşçülərini çıxarmağa çağırıb.
Ağ Ev sözçüsü Jay Carney deyib ki, rejim müxalifəti Qüseyr kimi yerdən təkbaşına vurub çıxara bilməzdi. Bu Hizbullahın işidir.
Hizbullah 1980-ci illərdə yaranan dövrdən bəri həmişə Suriyanın yaxın müttəfiqi olub.
DOSTLARINLA PAYLAŞ: