AK partiyadan yeni istefa
31 Dekabr 2013 Çərşənbə Axşamı 15:09
AK partiyanın Burdurdan seçilən millət vəkili Həsən Hami Yıldırım istefa verib.
Türkiyədə 17 dekabr korrupsiya əməliyyatından sonra AK Partiyadan istefalar davam edir. Partiyanın Burdurdan seçilən millət vəkili Həsən Hami Yıldırım istefa verib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Həsən Hami Yıldırım özünün "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, Hakan Şükür, İdris Bal, Erdal Qalxan, Hulu Özdalga və Ərtoğrul Günaydan sonra AK partiyadan bu, növbəti istefadır.
DOSTLARINLA PAYLAŞ: