Bakı – APA. Türkiyənin Ermənistanla sərhəddə yerləşən İğdır rayonunun maliyyə müdiri Yaşar Kısa və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatının bir qrup üzvü Ermənistanda olub.
APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, AKP İğdır təşkilatının rəhbərlərindən olan Mahmut Şekin İrəvanda yaşayan əmisi oğlu İsmayıl Şekin dəvəti ilə gerçəkləşən səfər 3 gün davam edib. Ermənistanın tarixi yerləri və turizm obyektlərini gəzdiklərini deyən heyət üzvləri hər yerdə türk olduqlarını söylədiklərini və hər hansı mənfi reaksiya ilə üzləşmədiklərini bildiriblər. Mahmud Şek İrəvanda “soyqırım” abidəsini də ziyarət etdiklərini, ermənilərin Türkiyə ilə sərhəd qapılarının açılmasını istədiklərini bəyan edib: “Ermənistanda satılan məhsulların böyük əksəriyyəti türk malıdır. Lakin Ermənistana ən yaxın yer olan İğdır bu ticarətdən payını ala bilmir. Bunun üçün sərhəd qapısı tezliklə açılmalıdır”.
APA