AK Parti qurucusu CHP-yə keçdi
07 Fevral 2014 Cümə 14:39
AKP qurucularından biri olan Mehmet Aydoğan CHP-yə xidmət etməkdən qürur duyduğunu deyib.
Ədalət və İnkişaf Partiyasının (AKParti) qurucularından biri Cümhuriyyət Xalq Partiyasına (CHP) keçib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmirdə Ədalət və İnkişaf Partiyasının qurucuları arasında yer alan, 2011-ci il ümumi seçkilərində millət vəkiliyinə namizəd olan Konyalılar Dərnəkləri Birliyi Federasiyası (KONFED) Ümumi Başçısı Mehmet Aydoğan partiyasından istefa edib. Aydoğan AKP-dən sui-istifadə iddiaları səbəbindən istefa etdiyini deyib. M.Aydoğan bu partiyanın qurucuları siyahısından addının silindiyini və kənar olduğunu hiss etdirmələrinin onu üzdüyünü deyib.

CHP İzmir Vilayət Başkanı Ali Engin yaxasına altı oxlu medalı taxdığı Aydoğan, partiyadan qopma səbəblərini belə izah edib:

"İzmirdə 39 ildir QHT başçısıyam. İzmirdə AK Partiyanı quranlardan biriyəm. AK Partiya İzmir Vilayət Başçısı Ömər Cihad Akay, partiyanın qurucuları siyahısından addımı sildirdi. Əmniyətə müraciət edərək haqqımı axtardım. Bu vəfasızlıq məni çox qırdı. Korrupsiya və rüşvət iddiaları ilə yanaşı həmçinin vəfasızlıq səbəbiylə ayrıldım. Beynəlxalq layihələr hazırlayan QHT-yik. CHP-li bələdiyyələr bizə həmişə dəstək olub. İzmir Böyükşəhər Bələdiyyə Başçısı Əziz Qocaoğlu təcrübələrimdən faydalanmaq istədiyini söylədi. Mən də qəbul etdim. CHP-yə xidmət etməkdən qürur duyuram".

Qeyd edək ki, Aydoğan dünən İzmirə gələn CHP Ümumi Başçısı Kamal Kılıçdaroğlunu hava limanında qarşılayıb və onun bütün rəsmi proqramlarına qatılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar