Air France təyyarəsinin avtopilotu nasaz olub
06 İyun 2009 Şənbə 16:05
Bunu qəzanın tədqiqatı ilə məşğul olan fransalı mütəxəssislər bildiriblər

 

İyunun 1-də Atlantik okeanında yoxa çıxan Air France-yə məxsus "A330" təyyarəsinin avtopilotu qəza öncəsi nasaz vəziyyətdə olub. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlmata görə, bunu qəzanın tədqiqatı ilə məşğul olan fransalı mütəxəssislər bildiriblər.

Xatırldaq ki, yoxa çıxan təyyarə Rio de Janeyrodan Parisə reys həyata keçirib. Təyyarədə 228 nəfər olub. Qəzanın üstündən 5-gün keçməsinə baxmayaraq, sərnişinlər barədə hələlik heç bir məlumat yoxdur. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar