İran prezidenti Mahmud Əhmədinejadın Şanxay Əməkdaşlıq Təşkilatının 15-16 iyun tarixlərində Yekaterinburqda keçiriləcək sammitində iştirak edəcəyi gözlənilir. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
"İran İslam Respublikasının prezidenti Əhmədinejad müşahidəçi ölkənin nümayəndəsi qismində bu tədbirdə iştirak etməyi planlaşdırır", - deyə idarənin məlumatında bildirlir. /ANS PRESS/