İran prezidenti Mahmud Əhmədinejad bu gün ölkənin Ali Məhkəməsinə xahişlə müraciət edib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, müraciət bu yaxınlarda ölkədə keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmayan və etiraz aksiyaları keçirən zaman həbs olunan bütün şəxslərin azad edilməsindən ibarət olub.
Xatırladaq ki, bir qədər əvvəl ölkənin ali dini lideri ayətulla Əli Xamneyinin tələbi ilə Mahmud Əhmədinejadın prezident seçkilərindəki qələbəsinə etiraz edərək həbs olunan 140 müxalifətçi azadlığa buraxılıb. /ANS PRESS/