Ahısqa türkləri erməniləri qorxuya saldı
03 Aprel 2013 Çərşənbə 04:03
Ermənilər Ahısqa türklərinin vətənlərinə qayıtmasına qarşı çıxırlar.
Keçən həftə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Batumidə keçirilən görüşündə Ahısqa türklərinin vətənlərinə qayıtması barədə müzakirələr erməniləri təşvişə salıb. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, Rusiyadakı Cavaheti (Cavaheti – ermənilərin Gürcüstan ərazisindəki Ahısqa regionuna verdiyi ad) erməniləri diasporu açıqlama yayaraq Ahısqa türklərinin vətənlərinə qayıtmasına qarşı olduqlarını bildiriblər. Məlumata görə, erməni icması Ahısqa türklərinin vətənlərinə qayıtmasının bölqədə təhlükə yaradacağını iddia edib.
Qeyd edək ki, ermənilər bu qorxularını 4 maddədə sıralayıblar: Ahısqa türklərinin vətənlərinə qayıtmasının regionun təhlükəsizliyi üçün mənfi nəticələri oacaq. Qayıdan türklər Türkiyə ilə birləşmək istəyəcəyi üçün Gürcüstanın ərazi bütövlüyü üçün təhlükə yaranacaq. Hazırda Ahısqa bölgəsində ermənilər və gürcülər yaşadığı üçün türklərin burda yaşaması əlavə problem yaradacaq. Qayıdan türklərlə ermənilər arasında etnik qarşıdurma yaranacaq.
İcmanın açıqlamasının çox təəccüblü olduğunu bildirən gürcü mütəxəssislər hazırda Ahısqa regionunda sadəcə erməni problemi olduğunu vurğulayıblar.
DOSTLARINLA PAYLAŞ: