Ağsaqqallar qrupu İrana səfər etdi
28 Yanvar 2014 Çərşənbə Axşamı 15:03
Beynəlxalq liderlər qrupunun üzvləri İran prezidenti Həsən Ruhani ilə görüşüb.
İran prezidenti Həsən Ruhani bir neçə ictimai-siyasi xadimin daxil olduğu beynəlxalq qrupla görüşüb. "Ağsaqqallar" adlandırılan qrupa daxil olan BMT-nin keçmiş baş katibi Kofi Annan, Finlandiyanın keçmiş prezidenti Marti Ahtisaari, Cənubi Afrikalı Nobel Sülh mükafatı laureatı Desmond Tutu və Meksikanın keçmiş prezidenti Ernesto Sedilyo Tehrana gəlib.
ANS PRESS-in məlumatına görə, 12 liderdən ibarət olan "Ağsaqqallar" qrupu 2007-ci ildə Cənubi Afrika Respublikasının keçmiş lideri Nelson Mandela tərəfindən yaradılıb və onun missiyası sülh, ədalət və insan haqlarını təbliğ etməkdir.
Qrupun İrana səfəri isə ötən ilin noyabrında Tehranla Qərb arasında tarixi nüvə sazişindən sonra tərəflər arasında dialoqu inkişaf etdirmək məqsədi daşıyır. Bu, "Ağsaqqallar"ın İrana ilk səfəridir.
DOSTLARINLA PAYLAŞ: