Ağsaqqal kişini əsgərə çağırdılar
01 Aprel 2011 Cümə 06:07
Çətinliklə gəzən Əli Çeliker həkim komissiyasından keçirildən sonra hərbi komissarlığa təhvil verilib.
Türkiyə Antalya vilayətindəki qocalar evində qalan 80 yaşlı kişi əsgər fərarisi olduğu iddia olunaraq polis tərəfindən saxlanılıb. ANS PRESS “Doğan” (DHA) agentliyinə istinadən xəbər verir ki, Antalya polis idarəsinə 1931-ci il Antalya təvəllüdlü Əli Çelikerin hərbi fərari olması barədə bölgə jandarm idarəsindən faks daxil olub. Polis barəsində axtarış elan etdiyi Çelikeri bələdiyyəyə aid qocalar evində tapıb. Polis tərəfindən saxlanılan və çətinliklə gəzən Əli Çeliker həkim komissiyasından keçirildən sonra hərbi komissarlığa təhvil verilib.

Hərbi komisarlığa təhvil verilərkən jurnalistlərin suallarına cavab verən Əli Çeliker 1951-ci ildə əsgərlik etdyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar