Ağrı dağının zirvəsində Valentin günü
13 Fevral 2011 Bazar 00:10
Azərbaycanlı və türkiyəli alpinistlər iki ölkə bayraqlarını 5 137 metr hündürlükdə dalğalandıracaqlar
Azərbaycanlı və türkiyəli alpinistlər 14 fevral Valentin gününü Ağrı dağının zirvəsində qeyd edəcəklər. Bu məqsədlə Türkiyə Ağrı vilayətinin Doğubəyazid rayonunda toplaşan alpinistlər ötən gün (12 fevral) səhər tezdən dəniz səviyyəsindən 5 137 metr hündürlükdə olan zirvəyə dırmanmağa başlayıblar. Qeyd edək ki, 9 nəfəri azərbaycanlı, 41 nəfəri türkiyəli olan alpinistlər 2 800 metr yüksəklikdə ilk düşərgələrini qurublar və gecəni burda keçirəcəklər. Ağrı dağının zirvəsində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıracaqlarını deyən Türkiyə “Alpinizm Federasiyası”nın sədri Əlaəddin Karaca 14 fevral Valentin gününü də zirvədə qeyd edəcəklərini bildiriblər. karaka bu səyahətin fevralın 18-də başa çatacağını deyib.
DOSTLARINLA PAYLAŞ: