Ağdərililər 2050-ci ildə azlıq təşkil edəcək
17 Dekabr 2009 Cümə Axşamı 19:25
Ağdərililər 2050-ci ildə azlıq təşkil edəcək. Bunu dünya iqtisadi böhranı ilə əlaqələndirirlər.
Dünya iqtisadi böhranı ABŞ-da ağdərili və qaradərili əhalinin say tərkibinin dəyişməsinə səbəb olacaq. ABŞ Əhali Bürosu böhran və durğunluqla əlaqədar dövlətin miqrasiya siyasətinin nəticəsi olaraq ağdərili əhalinin azalacağını açıqlayıb.
Qeyd edək ki, 308 milyon əhalisi olan ABŞ-a hər il 1 milyon insan köç edir. Hələ ki, çoxluq təşkil edən ağdərililərin 2050-ci ildə 399 milyon nəfərə çatacaq əhalinin yarısından da az olacağı proqnozlaşdırılır.
Hal-hazırda 15%-lik latın mənşəli əhalinin say tərkibi 2050-ci ildə 28% olacaq. Zəncilərin sayı isə əsrin ortalarında 12,2% olacaq. Asiya köklü əhali isə 2050-ci ildə 6% təşkil edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: