Ağ evin həyətində bostan əkilib
21 Mart 2009 Şənbə 14:10
Mişel Obamaya məktəb şagirdləri kömək edib

ABŞ-ın birinci xanımı Mişel Obama Ağ Evin həyətində bostan əkib. Bu yolla o Amerika prezidentlərindən olmuş Franklin Ruzveltin həyat yoldaşı Elianorun qoyduğu ənənəni davam etdirib. Obamaya bostan bitkiləri əkməyə Ağ Evin yaxınlığında yerləşən məktəbin şagirdləri də kömək ediblər. Burada əkilən tərəvəzlər həm prezident ailəsinin, həm Ağ evin işçilərinin, həm də qonaqlara veriləcək.  
Mişel Obama bildirib ki, təzə tərəvəzlər həm çox dadlı, həm də sağlam qidadır. O, həmçinin Ağ Evin yaxınlığında arı pətəkləri salmaq istədiyini də qeyd edib. Lakin onun bu ideyasına qızları dəstək verməyiblər.
Xatırladaq ki, Ağ evin həyətində ilk dəfə bostanı Elianor Ruzvelt 1943-cü ildə salıb. Bu yolla o  amerikalılara ağır vaxtlarda insanın öz ailəsinin qida ehtiyacını özünün ödəyə biləcəyini göstərmək istəyirdi. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar