Ağ evdən təxliyyə başladı
20 Sentyabr 2014 Şənbə 06:24
Rezidensiyanın ərazisinə naməlum şəxs girməsi təşvişə səbəb olub.
Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin rəsmi iqamətgahından insanlar evakuasiya edilir.

ANS PRESS-in məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat verir. Xəbərdə bildirilir ki, hazırda Prezident Barak Obama şəhərkənarı Kamp-Devid rezidensiyasındadır.

Qeyd edək ki, hadisə ilə əlaqədar rəsmi məlumat verilməsə də, evakuasiyanın hasarın üzərində Ağ Evin ərazisinə naməlum şəxsin keçməsi ilə əlaqədar həyata keçirildiyi deyilir.

Xatırladaq ki ki, bu ilin iyul ayında da hasarın yaxınlığında şübhəli paketin tapılması nəticəsində rəsmi rezidensiyanın sakinləri təxliyyə olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar