Ağ evdə şok istefa
14 May 2011 Şənbə 03:56
Barak Obamanın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel tutduğu vəzifədən istefa verib.
ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel tutduğu vəzifədən istefa verib. Ağ evdən verilən rəsmi açıqlamaya görə, Mtçel bu addımını şəxsi səbəblərlə atdığını deyib. Qeyri-rəsmi məlumatlara görə isə bu qərarda İsraillə Fələstin arasında iki ildir davam edən sülh danışıqlarının heç bir nəticə verməməsinin təsiri olub.
Qeyd edək ki, sabiq senator olan 77 yaşlı Corc Mitçel 2 ildir israillilərlə fələstinlilər arasında sülh danışıqlarının yenidən başlaması üçün fəaliyyət göstərirdi. anspress
DOSTLARINLA PAYLAŞ: