ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu qurumun adının çəkilməsini istəməyən nümayəndəsi deyib. Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası dünya maliyyə sisteminə məhdud çıxışa malikdir. ABŞ Maliyyə Nazirliyinin isə bu çıxışı da bağlamaq üçün geniş səlahiyyətləri var. /ANS PRESS/