Ağ Ev: Sadə yerdəyişmələr Misirə kömək etməyəcək
30 Yanvar 2011 Bazar 05:00
Avropa liderləri Hüsnü Mübarəki nümayişçilərə qarşı güc tətbiqini dayandırmağa çağırıblar.
ABŞ bəyan edib ki, Misir prezidenti Hüsnü Mübarəkin hökumətdəki sadə yerdəyişmələri ölkəni bhrandan çıxarmağa kifayət etməyəcək. Prezident Barak Obamanın ABŞ-ın milli təhlükəsizlik sahəsindəki aparıcı şəxsləri ilə görüşdən sonra Ağ Ev bir daha Hüsnü Mübarəki tammiqyaslı siyasi islahatlara çağırıb.
Avropa liderləri - Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Nikolya Sarklzi də birgə bəyanatla çıxış ediblər. Onlar Hüsnü Mübarəki silahlı nümayşçilərə qarşı güc tətbiqini dayandırmağa, azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yaratmaq üzərində işləməyə çağırıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: