Ağ ev: “Qəddafi Liviyanı tərk etməyib”
25 Avqust 2011 Cümə Axşamı 02:34
“Hərbçilər Liviya ərazisindəki silah anbarlarına ciddi nəzarət edirlər”
Liviya lideri Müammər Qəddafinin ölkəni tərk etməsinin təsdiq edən faktlar yoxdur. “Associated Press” agentliyinin məlumatına görə, bunu Ağ evin nümayəndələri bildiriblər. Onlar deyiblər ki, hərbçilər Liviya ərazisindəki silah anbarlarına ciddi nəzarət edirlər. Çünki silah və hərbi texnikanın başqa ələ düşməsindən ehtiyatlanırlar.
ABŞ administrasiyasının nümayəndələri onu da bəyan ediblər ki, Vaşinqton Liviya xalqını və onun demokratik idarəçiliyə keçid səylərini dəstəkləyir.
DOSTLARINLA PAYLAŞ: