Ağ ev Ərdoğan hökumətinin addımını alqışladı
11 İyun 2013 Çərşənbə Axşamı 06:22
Cey Karni Bülənt Arınçın müraciətinə münasibət bildirib.
Ağ evin mətbuat katibi Cey Karni Türkiyə baş nazirinin müavini Bülənt Arınçın İstanbul və digər şəhərlərdə kütləvi aksiyaların iştirakçılarına müraciətini alqışlayıb. "Ümid edirik ki, Türkiyə hökuməti bundan sonra da öz xalqının kütləvi nümayişlərinə, demokratik bir dövlətdə olduğu kimi, onun hüququna hörmətlə yanaşacaq. Çünki öz fikrini azad şəkildə ifadə etmək, o cümlədən, nümayişlər vasitəsilə ifadə etmək - demokratiyanın əsasıdır", - deyə Cey Karni ABŞ administrasiyası adından bildirib.
Ağ evin mətbuat katibi Türkiyə hökumətinin zorakılıq hallarının hamısını araşdırmaq niyyətini də alqışlayıb.
DOSTLARINLA PAYLAŞ: